Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Haber Global": "AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır"
"Təyyarə qəzası ilə bağlı hələ cavabını gözləyən suallar var".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin "Haber Global" televiziyasının efirində bu kanalın Xarici xəbərlər departamentinin müdiri Süheyla Demir deyib.
O bildirib ki, əsas müəmmalı məqamlardan biri Ukraynanın PUA hücumlarına baxmayaraq, Çeçenistanın niyə hava sahəsini bağlamaması ilə bağlıdır: "Bu, laqeydliyin təzahürüdür. İkinci tərəfdən, Çeçenistan bu ay ərzində bir neçə dəfə Ukraynanın hücumuna məruz qalıb. Hər dəfə hücumlarla bağlı rəsmi açıqlama verilib. Bu dəfə isə məsələyə sanki heç nə olmamış kimi yanaşıldı. Həmçinin nə Çeçenistan, nə də Rusiya təyyarənin Rusiya ərazisindəki aeroportlara enməsinə icazə verdi. Bəlkə də, nəqliyyat vasitəsinin Xəzər dənizinə düşməsinə zəmin hazırlanırdı".
Demirin sözlərinə görə, təyyarənin GPS sisteminin sıradan çıxarılması müəmmalı və şübhəli məqamdır.
"Qəzadan sonra Rusiya tərəfi təyyarənin quş dəstəsi ilə toqquşması barədə məlumat yaydı. Amma təyyarədə qan izləri yox idi. Ola bilsin, Rusiya fikri yayındırmağa çalışıb. İndi əsas sual Azərbaycandan üzr istənilib-istənilməməsidir. Rusiyanın üzr istəməsi və hadisəni törədənlərin cəzalandırılması vacibdir. Görünən odur ki, indiki məqamda Rusiyaya səfər etmək təhlükəlidir", - o bildirib.

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- "Danışaq?" podkastının qonağı AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı mühüm məsələlərə toxunub
- Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır!
- AZAL təyyarəsinin qəzası: Bakı kompensasiya tələbini beynəlxalq gündəmə gətirə bilər