Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyev komaya düşüb.
Oxu.Az xəbər verir ki, Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, dünən gecə xalq artistinin vəziyyəti tamam pisləşib:
“Dünəndən reaksiya vermirdi. Bu gün artıq komaya düşüb, heç bir ümid yoxdur. Həkimlər artıq heç nə edə bilmir. Qohum-əqrəba oturub başının üstündə. Canını tapşırmasını gözləməkdən başqa çarəmiz yoxdur”.
Qeyd edək ki, H. Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.
E.Ə.
www.oxu.az