Teleaparıcı Hacı Nuran Hüseynovun Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinika”da müalicəsi davam edir.
Oxu.Az xəbər verir ki, aparıcı səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Əziz dostlar, neçə müddətdir ki, özümü çox pis hiss edirəm. Dua edin. İnşallah bu dözülməz müalicənin sonu yaxşı olar”.
Xatırladaq ki, Hacı Nuran Hüseynov xərçəng xəstəliyi ilə mübarizə aparır.
