Hacı Zeynalabdin Tağıyevin sökülən büstü köhnə büst idi.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Sumqayıt şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev deyib. Onun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişində yeni büst ucaldılıb:
“Yeni büstünün keçən il açılışı olub. Ətraf ərazi abadlaşdırılıb. Sökülən büst köhnə büstdür və yenisi ilə əvəzlənib”.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin onun adını daşıyan qəsəbədəki büstünün söküldüyü deyilirdi və fotolar yayımlanırdı.