Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün axşam saatlarında Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
20:07
Hacıqabul rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhəri Mirzə Baxış Nədim küçəsi 4 ünvanında fərdi yaşayış evində qeydə alınıb.
Yanğının baş verdiyi və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evinə təbii qaz fasilələrlə verilib.
Evdə tək olan 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlunun alışqandan istifadə etməsi nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində dünyasını dəyişən A. Kazımovun ruhi xəstə olduğu bildirilir.