Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.
O bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hümmətova rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.
Könül Cəfərli
09:16
Hacıqabulda 59 yaşlı qadın itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Hacıqabul rayon sakini 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkcəsi, qara yubka və qara ayaqqabı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.