Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkmənistan vətəndaşı, 1990-cı il təvəllüdlü Nuryağdı Nurgəldiyev idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.
Sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.