Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hadı Rəcəblinin nəvəsinin nikah mərasimi ilə bağlı ailə üzvü danışdı - YENİLƏNİB + VİDEO
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə təşkil etdiyi toy mərasimi barədə xəbərlər, bu gün isə həmin mərasimdən videogörüntülər yayılıb. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən mövcud karantin qaydalarına görə beş nəfərdən artıq şəxsin toplaşması qadağan olsa da, keçirilən toy məclisində 150 nəfər qonağın iştirak etdiyi iddia olunur.
Sözügedən mərasimdə iştirak edən ailə üzvlərindən olan Mirmöhsüm Dadaşov Oxu.Az-a açıqlamasında yayılan informasiyaların təhrif olunduğu bildirib. Onun sözlərinə görə, heç bir toy mərasimi keçirilməyib:
“Bu sadəcə nikaha görə dostlar arasında keçirilən kiçik yığıncaq olub. Restoran açıq havada fəaliyyət göstərib və 10 nəfərdən artıq qonaq olmayıb. Masalar qaydalara uyğun şəkildə müəyyən məsafələrdə qoyulub. Yığıncaq saat 10-a qədər davam edib və orada ailə üzvləri olmayıb. 150 nəfərin iştirak etməsi və toy mərasimi olmasına dair xəbərlər yanlışdır. Karantin qaydalarına görə, restoranların axşam saat 10-a qədər fəaliyyətinə icazə var. Biz də restoran bağlananda oranı tərk etmişik”.
Könül Cəfərli
15:13
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi.
Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir.
Həmin görüntüləri təqdim edirik:
Rəylər