Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib - YENİLƏNİB + VİDEO
Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, həmçinin “Əbədi məşəl” abidəsi önünə əkil qoyub.
Haluk Görgün “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

14:28
Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
“Report” xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.
Səfər aprelin 2-də başa çatacaq.
"Zərifə Əliyeva" teqi üzrə xəbərlər
- Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Leyla Əliyeva Zərifə Əliyeva ilə bağlı paylaşım etdi
- Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı komandirinə beş il həbs tələbi
- Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edirlər: "Buna göz yumurlar" - ŞİKAYƏT