“Zəhərli zob” dediyimiz xəstəlik növü var. Ümumiyyətlə, qalxanvari vəzinin problemlərində birinci dərman müalicəsi tətbiq edilir. Dərman müalicəsinə müsbət cavab alınmazsa, ikinci mərhələ kimi cərrahi əməliyyat icra edilir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində qurumun mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, bəzən ailələr əməliyyatın tam həll yolu olduğunu düşünürlər:
“Biz əməliyyatla sürətli inkişaf edən qalxanvarı vəzinin böyük hissəsini kəsib götürürük. Lakin bu zaman da qalxanvari vəzinin ləng fəaliyyəti yaranır. Buna görə də ömür boyu bu fəaliyyəti dərman preparatı ilə tənzimləyirik. Əməliyyat bir seçim yoludur, elmi cəhətdən təsdiqlənmiş prosesdir. Yerli-yersiz qalxanvari vəzinin əməliyyatını tövsiyə etmirik. Amma ehtiyac varsa, bu icra edilir”.
Könül Cəfərli