Sabunçu rayonunda, Aeroport şosesi üzrə köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları sıxlığın aradan qaldırılması üçün tədbirlər həyata keçirir.
Bakıda avtomobil yanır.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Hava limanı yolu istiqamətində qeydə alınıb.
Alovun güclənərək ətrafdakı ağaclara keçdiyi də bildirilir.
Hadisə nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Həmin görüntüləri təqdim edirik: