Hava limanı-Bilgəh yolunda (Mərdəkan istiqamətində) nəqliyyat vasitələrinin hərəkıtində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sıxlıq Ramana körpüsünə yaxın hissədə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.