Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Hava şəraiti ilə əlaqədar polisə göstərişlər verildi](https://images.oxu.az/2024/01/13/18/15/43/443a6956-f48d-4c68-9ea1-bd3017c68cbe/eMCfl8tcHOze8vhbwmvqLqdNB7q31sXYslQVvLWG:1200.jpg)
Hava şəraiti ilə əlaqədar polisə göstərişlər verildi
Yanvarın 14-16-sı tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Sürücülər sürət həddini hava şəraitinə uyğun tənzimləməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidirlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.
Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.
Qurum vətəndaşlardan xahiş edir ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyini intiharla təhdid edir
- DİN-dən XÜSUSİ ƏMƏLİYYAT: Dəstə başçıları ƏLƏ KEÇİRİLDİLƏR - Saxlanılanlar var
- Yol polisindən meteohəssas sürücülərə MÜRACİƏT
- Bakıda qeyri-adi talama hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıdakı bağçada dəhşətli HADİSƏ: Müdir yayılan videodan DANIŞDI
Rəylər