Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın açıqlamasında bildirdiyinə görə, yaxın 2 gün ərzində ölkə ərazisində yağıntılı hava müşahidə ediləcək.
Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı düşəcək.