Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR
Müəllim olmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji sahələr üzrə bitirmiş və dövlət nümunəli diplom almış, eləcə də xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan şəxslər iştirak edə bilərlər.
Necə ki müəllimlər cəmiyyətin savadlanması və inkişafında müstəsna rol oynayırlar, eləcə də həkimlər insanların sağlamlığının keşikçisi hesab olunurlar.
Maraqlıdır, bəs həkimlər niyə işə qəbulla bağlı imtahan vermirlər? Yaxın gələcəkdə onların da imtahan edilməsi nəzərdə tutulurmu?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-nın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tapşırılıb.
Aidiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı DİM-in rəy və təklifləri həmin orqanlara təqdim edilib".
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- 27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə XƏBƏRDARLIQ
- Maksimal bal toplayan Aişə Bağırova: "Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm"
- Doqquz martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu
- Qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat elan edilib