Həmyerlimiz, “For Azerbaijan” xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünyaşöhrətli futbolçu Lionel Messi ilə birgə təsis etdiyi “Join The Planet” Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.
BƏƏ-də təşkil olunmuş COP28 sədrliyinin maliyyə gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi “LinkedIn” hesabında bildirib.
“Join The Planet” (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara yönəltmək üçün yaradılmış xüsusi layihədir.
İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlim dəyişiklikləri ilə mübarizədə etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.
Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.
Artıq “Join The Planet” (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.
View this post on Instagram
"Lionel Messi" teqi üzrə xəbərlər
- Məktub yazdı, göz yaşı tökdü: Messinin millidə qalmasına səbəb olan uşaq kim idi?
- Argentina millisinin baş məşqçisi Skaloni Messinin gedişindən sonra planlarını açıqladı
- Benin millisinin baş məşqçisi Messidən xatirə hədiyyəsi ala bilməməsindən gileyləndi
- Messidən duyğusal vida müraciəti: Ronaldudan səmimi şərh - Foto
- Messi: "Komanda yoldaşlarım məni dünya çempionu etdilər"
Digər xəbərlər
