Siz nə vaxtsa Şaxta babaya və ya Santa Klausa inanmısınız?
Biz böyüklər üçün nağıllar uzaq keçmişdə qalsa da uşaqların əksəriyyəti nağıllar və onların sehrinin qüdrətinə inanır...
PwC Azerbaijan, Prosper Cartoon Studio və Demirbank illik KCO layihəsinə başlayıblar.
Bu layihənin yeganə məqsədi 74 uşağa möcüzəyə və xəyalların gerçək olduğuna inanmalarına yardım etməkdir.
Biz aztəminatlı ailədən və fiziki imkanları məhdud olan 74 uşaqdan Yeni ildə Santadan nə hədiyyə almaq istədiklərini soruşduq.
Bu da Santa Klausun sizə və yüzlərlə digər sehirbaza olan müraciəti: