Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yol qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev idarə etdiyi “Jiquli” markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçu Elməddin Sadıqov ölüb, sürücü və digər hərbçilər – Elşən Əliyev, Emin Kazımov hospitala yerləşdiriliblər.