Azərbaycanda hərbi hissədən qaçan əsgər tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov Qazax rayonu ərazisində saxlanılaraq xidməti yerinə təhvil verilib.
15:50
Azərbaycan Ordusunun əsgəri hərbi hissədən qaçıb.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov xidməti yerini özbaşına tərk edib.
Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.