Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hərbi hissələrə işə qəbul olunan qadınların sayı açıqlandı
Azərbaycanda hərbi hissələrə mülki şəxslərin, daha doğrusu qadınların işə qəbulu başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu haqda məlumat verib.
Mərkəzdən verilən məlumata görə, həmin qadınlar aşpaz, təmizlikçi və digər vəzifələr üzrə çalışacaqlar. İlkin olaraq onlara aylıq 150-250 manat məvacib verilməsi planlaşdırılır.
Eyni zamanda, hərbi hissələrdə mövcud tibb vəzifələrinə mülki həkimlərin qəbuluna da başlanılıb. Amma bu istiqamətdə ciddi çətinliklər var, çünki mülki həkimlər onlara təklif olunan məvacibin həcmindən (200-300 manat) razı deyillər.
Xatırladaq ki, bu ilin əvvəlində müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə mülki vəzifələrin sayının artırılacağını bəyan edib.