Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov sosial şəbəkə hesabında paylaşım edib.
Səfir dünya memarlığının ən heyrətamiz - şah əsərlərindən biri sayılan Heydər Əliyev Mərkəzinin Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldığını qeyd edib.
Diplomat bunu Slovakiyaya hörmətin təzahürü kimi qiymətləndirib.
Qaynar xətt:
(055) 224 12 12