Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub
Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.
Oxu.Az-ın məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992-96-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994-95-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.
İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala konsert keçirilib
- Düşənbədə "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi açılıb
- Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb