Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həyəti çökən evin sahibi: "Sözümü deməyə adam tapmıram"
Oktyabrın 12-si Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsindəki fərdi yaşayış evlərindən birinin həyəti su borusunun partlaması nəticəsində çöküb.
Baku TV qaynar xəttə daxil olan müraciət əsasında adıçəkilən ünvanda olaraq mövcud vəziyyəti işıqlandırıb.
Zərərçəkən Məcnun Məmmədovun sözlərinə görə, hadisənin üzərindən 6 gün keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb.
"Rayon icra hakimiyyətinin nümayəndəsinə gecə uçqun olanda zəng etdim. Gəldilər, mənimlə 10-15 dəqiqə əraziyə baxdılar, sonra da maşına oturub çıxıb getdilər. İndi də səhər saatlarından aidiyyəti qurumların hər birinin burada nümayəndəsi var, hamısı bizə kömək etmək istəyir. Amma icra hakimiyyətindən bir nəfər də adam tapılmır. Gəlmirlər ki, onlarla birlikdə problem həll olunsun. Zəng edirəm, telefonu götürmürlər. İndi necə edək, dərdimizi kimə deyək?", - deyə zərərçəkən narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hadisə baş verən gündən qurum məsələni diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, aidiyyəti xidmət sahələrini əraziyə cəlb etməklə yaranan problemin aradan qaldırılması istiqamətində işlər gedir.
Ətraflı süjetdə:
"Xətai Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik"
- Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- Bakının Xətai rayonunda bəzi yaşayış və qeyri-yaşayış sahələri söküləcək
- Bakıda həyat qurtarmaq üçün inşa olunan qurğu təhlükə mənbəyinə çevrilib - ŞİKAYƏT
- Bakıda iki icra başçısına ciddi XƏBƏRDARLIQ EDİLDİ
Rəylər