Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hicran Hüseynova: “Azərbaycanda qadın hərəkatı çox güclüdür”
“Konqres artıq ənənəyə çevrilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadınlar konqresində Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, konqresə maraq ildən-ilə artır:
“Tədbirə hər zaman qoşuluram. Xüsusi tərəflərindən biri formatının təbii olmasıdır. İştirakçılar rahat şəkildə fikirlərini bildirə bilirlər, təcrübə mübadiləsi aparılır”.
Deputat qeyd edib ki, konqres Azərbaycanda qadın hərəkatının güclü olduğunu göstərir:
“Azərbaycanda qadın hərəkatı çox güclüdür. Konqresin əhəmiyyəti çox böyükdür. Qadınlarımızın səviyyəsi və imkanları da hər konqresdən sonra artır. Bu gün Azərbaycanda müxtəlif sahələr üzrə qadın assosiasiyaları getdikcə artır. Qadınları fəal olmağa çağırıram”.
Nəzrin Vahid
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"