Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hicran Hüseynova: “Təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır”
“Məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır”.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə neqativ təsir göstərir:
“Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bullinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada, məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar. Lakin təcrübə göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Rəylər