Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hipermarketdəki atışmada ölən şəxsin çalışdığı qurum bəlli oldu - YENİLƏNİB + FOTO
Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həşimov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.
Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
14:13
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fotosu yayılıb.
APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xatırladaq ki, ölən şəxs Həşimov Rüfət Rahib oğludur.
Rəylər