Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hüseynbala Mirələmov vəzifəsindən qovuldu
“Bəli, təəssüf ki, biz də görüntüləri sosial şəbəkələrdə gördük”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yayılan görüntülər izləndikdən sonra Hüseynbala Mirələmov ADNSU-nun rektorunun müvafiq əmri ilə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:
“O, bu gün səhər saatlarında işdən azad olunub. O həmçinin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərirdi. Bu gündən etibarən onun universitetlə bütün əlaqələri kəsilib”.
Xatırladaq ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
Qeyd edək ki, H.Mirələmov 1983-cü ildən bu ali təhsil ocağında çalışır, 2007-ci ildən isə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi.
Könül Cəfərli
"ADNSU" teqi üzrə xəbərlər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
- Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir?
- Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?
- Universitetdə halı pisləşən tələbəyə polis kömək etdi
- Britaniya səfiri ADNSU-da COP29-la bağlı müzakirələr aparıb - FOTO
Rəylər