Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İcbari sığortaya qoşulan özəl tibb müəssisələrinin sayı artdı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 180-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.
Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.
Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.
Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Bəzi xəstəliklərlə bağlı dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
- İcbari tibbi sığortanın tətbiqindən dörd il ötür: 235 milyondan artıq tibbi xidmət göstərilib
- Nərminə Ramazanova: "Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur"
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"