Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək
11-23 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.
Oxu.Az xəbər verir ki, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.
Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22:00-dək ziyarətçilərə aşağıdakı xidmətləri təqdim edəcək:
- Piyada və elektromobil ilə qrup və ya fərdi turlar;
- İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti.
Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək açıq olacaq. Sərgi salonunun iş saatları isə tədbir günlərində 09:00-22:00 əhatə edəcək.
Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, "Tullantıdan sənətə" muzeyi COP29 günlərində saat 10:00-18:00 arası fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil olunacaq.
Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.
"COP29" teqi üzrə xəbərlər
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Qırğızıstan baş nazirinin müavini Bakını COP29-un təşkilinə görə yüksək qiymətləndirib
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ
Rəylər