“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ərazisi tam olaraq naqilsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunub.
Bu barədə Trend-ə bazar ertməsi “İçərişəhər” İdarəsindən bildiriblər.
İnternetə naqilsiz çıxış şəbəkəsi ziyarətçiərə elektron bələdçi və bəzi internet-saytlara (icherisheher.gov.az, “İçərişəhər”in Facebook sosial şəbəkəsindəki səhifəsi və bəzi mətbuat orqanlarının saytlarına) pulsuz çıxış imkanı təqdim edir.
Wi-Fi texnologiyası üzrə internetə naqilsiz çıxış istifadəçilər üçün daha münasibdir, çünki bazarda bu standartı dəstəkləyən çoxlu sayda qurğu var (noutbuklar, telefonlar, smartfonlar).
www.day.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin