Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İcra başçısının lider namizəd olduğu dairədə bir məntəqənin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə MSK-nın iclasında qurumun üzvü Tofiq Həsənov bildirib.
O qeyd edib ki, həmin seçki dairəsinin 16 saylı məntəqəsində qanun pozuntularının olması müəyyənləşib.
MSK qərara alıb ki, 123 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin nəticələri ləğv edilsin.
Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Aqil Məmmədovdur. O, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.
Qeyd edək ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin yeddi seçki məntəqəsinin nəticəsi etibarsız hesab olunmuşdu.
Aqşin Kərimov
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub
- Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ
- Əllərinin xınası getmədən toyundan iki ay sonra itkin düşmüş Təranə Zeynalovanın HEKAYƏSİ
Rəylər