Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İcra hakimiyyəti ilə obyektləri dağıdılan sahibkarlar üz-üzə: Dəymiş ziyanı kim qarşılamalıdır?
Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektlərin sökülməsi ilə bağlı bəzi detallar məlum olub.
Sahibkar Gülşad İsmayılova bildirib ki, söküntü zamanı bütün əşyalarını küçəyə atıblar:
"İcradan deyilmişdi ki, söküntü işləri görüləcəyi təqdirdə kompensasiya ilə təmin olunacağıq. Qanunsuz obyektlərin nə vaxtsa söküləcəyini bilirdik, lakin dəymiş ziyanın ödənilməsini tələb edirik".
Məsələ ilə bağlı Hüquqşünas Şamil Paşayev vurğulayıb ki, qanunsuz tikililərə görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər:
"Söküntü işləri xəbərdarlıqla olunmalıdır. Əks halda əşyalarına dəymiş ziyana görə zərərçəkənlər məhkəməyə müraciət edə bilərlər".
Ətraflı APA TV-nin süjetində:
Rəylər