Qusarda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. .
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Qusarın Kirik kəndində baş verib. Qəza zamanı “Mitsubishi” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər ölənin meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu, 1956-cı il təvəllüdlü Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.