Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İdris İsayev: “Dövlət peşə təhsili müəssisələrinin bəzi müəllimləri 690-700 manat maaş alacaq”
“Dövlət peşə təhsili müəssisələrində 5 minə yaxın heyət çalışır. Onların təxminən 3 min nəfəri xüsusi sxemlər maaş alır ki, onların da maaşı orta hesabla 690-700 manat edəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, vahid tarif cədvəli ilə əmək haqqı alan müəllimlərin maaşı orta hesabla 450-460 manat civarında olacaq:
“Dövlət peşə təhsili müəssisələrində çalışan şəxslərin əmək haqqı artımına 6, 6 milyon manat vəsait yönəldiləcək. Gənclərin hərbi çağırışa qədər rəhbərləri və fiziki tərbiyə müəllimlərinin sayı peşə təhsili müəssisələrində çox deyil, təxminən 100 nəfərə yaxındır. Onların maaşı müvafiq olaraq 40 və 30 faiz artacaq.
Bundan əlavə orta ixtisas təhsili müəssisələrində 7 min nəfər, məktəbdənkənar təhsil müəsissələrində isə 9 min nəfər çalışır ki, onlarında əmək haqqısı 20 faiz artacaq. Bunların vəzifə maaşları minimum əmək haqqı artımına uyğun olaraq vahid tarif cədvəlində dəyişiklər əsasında baş verəcək”.
İlhamə Əbülfət
Rəylər