Nizami rayonunda 18 yaşlı gənc bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu