Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İki yaşlı Aysel yaşamaq uğrunda mübarizə aparır: Müalicə üçün köməyə ehtiyacı var
İki yaşlı Ayselin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytən Həsənova məlumat verib.
O bildirib ki, övladı ağciyər hipertenziyası (ağciyər çatışmazlığı) xəstəliyindən əziyyət çəkir:
"Ayselin iki yaşı var. O, 31 həftəlik doğulub, ilk 11 gün küvəzdə qaldıqdan sonra evə çıxmışıq. Təkrar müayinələr zamanı onun nəfəs almasında problemlər olduğunu öyrəndik. Tam müayinələrdən sonra isə diaqnozu təsdiqləndi. Həkimlər bu xəstəliyin uşaqlar arasında nadir rast gəlindiyini deyirlər. Aysel doğulan gündən onun müalicəsini etdiririk, demək olar ki, artıq maddi baxımdan tükənmişik".
Gənc ana övladı müalicə olunmazsa, səhhətinin daha da ağırlaşacağını bildirib:
"Həkimlər Ayselin müayinələrini etməsək, zamanla bunun ürək çatışmazlığına da yol açacağını deyirlər. Ona görə də bu günə qədər bütün müalicələri hər şeyimizi satmaq da olsa, etmişik. İnanın, nə bir dəyərli əşyam, nə borc alacağımız qapı qalıb. Evdə tək yoldaşım işləyir, bir maaşla həm evə baxıb, həm uşağın müalicələrini edib, həm də borcları qaytarır, - inanın ki, mümkünsüzdür. Ayselin müalicəsi üçün aylıq 500-800 manata ehtiyacımız var. Ayselin bəzən halı pisləşir, nəfəs ala bilmir. Hər dəfə onun vəziyyəti ağırlaşanda elə bilirəm sondur, onu itirirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 588-74-77.
Leo Bank: 4098 5844 9460 8860.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Üç yaşlı Zəhranın müalicə üçün dəstəyə ehtiyacı var
- Beş dil bilən Ruslanın dəstəyə ehtiyacı var: "Müalicələrini davam etdirməyə imkanımız yoxdur"
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Beş yaşlı Raul təcili ilik nəqli əməliyyatı olmalıdır
- Nadir xəstəlikdən əziyyət çəkən körpənin həyatda qalması üçün dəstəyə ehtiyacı var