Qaraciyər sirrozundan əziyyət çəkən gənc ananın köməyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun bacısı Günay Quliyeva məlumat verib.
O bildirib ki, bacısı Yeganə Qazıyeva 8 ildir hepatit C ilə mübarizə aparır.
“Bacımın 33 yaşı var, 8 il əvvəl qan köçürülməsi zamanı hepatit C virusuna yoluxub. Son bir il altı ayda isə qaraciyər sirrozundan əziyyət çəkdiyi məlum olub. Vəziyyəti çox ağırdır. Qarın boşluğunda 16 litr su var”.
Günay Quliyeva bacısının əməliyyatı üçün ata evlərini satdığını deyib.
“Bacım Türkiyədə əməliyyat olmalıdır. Donoru özüməm. Əməliyyat üçün 60000 manat lazım idi, ata evimizi satdıq. İndi isə 5000 manatımız çatmır. İmkanlı şəxslərdən bacıma kömək olmaqlarını xahiş edirəm. Bacımın iki yaşlı bir balası var. Həyat yoldaşı da xəstəliyini öyrəndikdən sonra atıb gedib”.
Ailə ilə əlaqə: 055 646 47 24