Uşaq epilepsiya xəstəliyindən əziyyət çəkən iki yaşlı Nərmin Piriyevanın təcili olaraq cərrahiyyə əməliyyatına ehtiyac duyulur
Uşağın anası Günay Quliyeva Media.Az saytına bildirib ki, cərrahiyyə əməliyyatı üçün ailə lazımi miqdarda pul toplaya bilmir.
“Mənim qızım 2018-ci ildə anadan olub, bütün körpələr kimi sağlam böyüyüb. Lakin altı ayından başlayaraq səhhətində problemlər yaranmağa başladı. Gecəyarısı sanki donmuş halda yuxudan oyanır, gözləri açıq şəkildə dodaqlarının kənarları göyərir. Biz nə baş verdiyini anlaya bilmədik, nevropatoloqa müraciət etdik. Həkim bizi inandırdı ki, uşağın inkişafında heç bir geriləmə olmadığı üçün narahatlığa da səbəb yoxdur. Bizi əmin etdi ki, üç yaşına çatandan sonra bütün problemlər keçəcək. Lakin zaman keçdikcə epilepsiyalarının da sayı artdı. Əvvəllər tutmaları yalnız gecə, Nərmin yuxuda ikən baş verirdisə, indi oyaq olduğu vaxtda da bu baş verir. Hara müraciət edəcəyimi bilmirdim, həkimlər diaqnoz qoya bilmədilər”, deyə G.Quliyeva bildirib.
Ananın sözlərinə görə uşaq bütün lazımi testlərdən, hətta beyin ensefaloqrammasından da keçib, amma həkimlər heç bir geriləmə qeydə almayıblar.
“Nəhayət, nevropatoloqlardan biri Nərminin beynini yuxu zamanı ensefaloqramma etməyi təklif etdi. Nəticədə məlum oldu ki, beynin sol tərəfi lazımi reaksiya vermir. Həkim maqnit rezonans tomoqrafiyası (MRT) etməyi məsləhət bildi, nəticədə epilepsiyanın yaranmasının səbəbi olmuş kista aşkar olundu. Biz bu diaqnozdan şoka düşdük, bir çox mütəxəssisə müraciət etdik, amma hamısı fərqli şeylər söylədi. Bəzi həkimlər təcili əməliyyat üçün israr etdi, digərləri isə uşağın azyaşlı olduğunu əsas gətirərək dərman vasitələri ilə müalicəni məsləhət gördü. Vaxt keçir, təyin olunan dərmanlar kömək etmir, epileptik tutmaların sayı isə artır. Nərmin çox balaca olduğundan, güclü təsiredici preparatların qəbulu mümkün deyil”, deyə G. Quliyeva vurğulayıb.
Bütün bu hadisələrdən sonra Nərmin Piriyevanın valideynləri türkiyəli həkimlərə müraciət etməyə məcbur olub. Məlum olub ki, uşağın təcili əməliyyata ehtiyacı var.
“Türkiyədəki “Medical Park” klinikasına müraciət etdik. Oradan bizə dedilər ki, əməliyyatın qiyməti 40 min ABŞ dollardır (68 min manat). Təəssüf ki, bizim bu qədər pulumuz yoxdur, yığdığımız bütün ehtiyatları müalicələrə xərclədik. Bizə beyin əməliyyatının təxminən 20 min ABŞ dollara (34 min manat) başa gəldiyi “Acıbadem” klinikasına və Mərmərə Universitetinin xəstəxanasına müraciət etməyi tövsiyə etdilər. Bu məbləği xeyirxah insanların köməyi və dəstəyi sayəsində toplamaq daha asan olacaq”, deyə G. Quliyeva qeyd edib.
Ananın sözlərinə görə, bu günə kimi 15 min manata yaxın pul toplamaq mümkün olub:
“Mən inanıram ki, xeyirxah insanların köməyi ilə biz lazım olan vəsaiti toplayaraq əməliyyatı həyata keçirəcəyik və mənim övladım normal həyata qayıdacaq. Allah bütün uşaqları qorusun!”, deyə G. Quliyeva sözlərini tamamlayıb.
Посмотреть эту публикацию в Instagramİki yaşlı Nərmin Piriyevaya kömək etmək istəyənlər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər:
+994 50 598 86 80 Günay Quliyeva.
Həmçinin aşağıdakı bank hesabına pul göndərmək mümkündür.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qaya uçqunu: Azərbaycan qeydiyyatlı TIR-a ziyan dəydi - Video
- Türkiyəli tanınmış müğənninin qızı faciəli şəkildə öldü
- İstanbulda çökən binada aylarla əvvəl çatlar yarandığı üzə çıxdı - Video
- PKK Türkiyədən tamamilə çıxdı
- Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Digər xəbərlər
