“Bütün allergiyalar vaksinasiya üçün əks-göstəriş hesab edilmir”.
Oxu.Az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, bəzi hallarda vaksinasiya zamanı hər hansı reaksiya müşahidə edilərsə, bu, istisna hal kimi qiymətləndirilə bilir:
“Belə ki, vaksinasiya prosesinin ilkin mərhələsi zamanı hər hansı reaksiya müşahidə edilərsə, bu zaman həkim məsləhətinə ehtiyac var. İlk dozada allergik reaksiya növbəti doza üçün əks-göstəriş hesab edilir və həmin şəxsə əks-göstəriş sertifikatı verilir. Bu məqam həkim-allerqoloq müayinəsi ilə dəqiqləşdirilir”.
Könül Cəfərli