Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İmişlidə 280 abonentin qaz təminatı KƏSİLDİ
İmişli rayonunun Qaralar kəndinin qazla təchizatı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri başa çatanadək ümumilikdə 280 abonentin qaz təminatı kəsilib.
"Qaz təchizatında fasilələr" teqi üzrə xəbərlər
Ən çox oxunanlar