"Xarici dil minimum" imtahanı çətin olduğundan dəfələrlə imtahandan kəsilirlər. Hətta elə şəxslər var ki, 8-9 dəfə eyni imtahandan "üzü ağ" çıxmağı bacarmayıblar. Nəticədə elmi işlərini müdafiə edə bilmirlər.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu problemlə doktorant səviyyəsində təhsil alan bir qrup şəxs üzləşib.
"İmtahanda ixtisaslara uyğun olmayan suallar verilir" - Doktorantlardan ŞİKAYƏT - VİDEO
Onlar iddia edirlər ki, hətta imtahanda onların ixtisaslarına uyğun olmayan suallar da verilir.
Məsələ ilə bağlı Ali Attestasiya Komissiyasına sorğu ünvanlanıb. Lakin iş gününün sonuna qədər sorğuya cavab verilməyib.