Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ilin məzunları üçün II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
TQDK-dan Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Adıçəkilən qruplar üzrə qəbul imtahanı iyulun 20-də keçirilib.
Bununla yanaşı, TQDK-dan Modern.az saytına bildirib ki, nəticələr elan olunduqdan sonra 2 nəfər abituriyentin 700 bal topladığı müəyyənləşib.
Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.
Xatrladaq ki, bundan öncə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə görə, 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
İmtahanların nəticələri: https://www.e-gov.az/az/services/read/2641