16 ildir təhsil sahəsində uğurla fəaliyyət göstərən Ukraynanın “INGEK” şirkəti Azərbaycandan Ukraynanın aparıcı ali təhsil müəssisələrinə tələbə qəbulunu elan edir.
Bu barədə bizə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri İlham Mustafayev məlumat verib.
“INGEK” şirkəti uzun illərdir Ukraynada xarici tələbələrə ali təhsil almaqda kömək edir. 42 ölkədən 14 mindən çox tələbə bizim dəstəyimizlə Ukraynanın ən nüfuzlu ali təhsil müəssisələrinin məzunları oldular. Artıq 10 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstəririk və fəaliyyətimizi daha da inkişaf etdirməyi planlaşdırırıq. Bu gün biz hüquq, iqtisadiyyat, tibb, marketinq, informasiya texnologiyaları, maliyyə, enerji, neft və qaz mühəndisliyi, arxitektura, dizayn və digər ixtisaslar üzrə azərbaycanlı tələbələrin qəbulunun başlanmasını elan etməkdən məmnunluq duyuruq”, - deyə İlham Mustafayev bildirib.
O həmçinin “INGEK” proqramı çərçivəsində Azərbaycanda tələbə qəbulunun 2020-ci il dekabrın 15-dək davam edəcəyini və bundan sonra qış qəbulunun elan olunacağını qeyd etdi. Eyni zamanda, şirkətin xidmətlərinin əhatə dairəsinə universitet axtarışı və perspektivli ixtisas seçimi, xarici tələbələrə dəstək, aktiv tələbə və məzunların cəlb edilməsi və inkişafı proqramı daxildir.
2009-2019-cu illərdə “INGEK” Ukraynanın aşağıda göstərilən aparıcı universitetləri ilə əməkdaşlıq müqavilələri imzaladı: Semen Kuznets adına Xarkov Milli İqtisad Universiteti; Yaroslav Mudrıy adına Ukrayna Hüquq Universiteti; Milli Əczaçılıq Universiteti; Karazin adına Xarkov Milli Universiteti; Xarkov Milli Daxili İşlər Universiteti; Xarkov Milli Tibb Universiteti; Xarkov Dövlət Dəmir Yolu Universiteti.
“INGEK” komandası göstərilən xidmətlərin keyfiyyəti və peşəkarlığı ilə təhsil bazarında artıq özünü təsdiqləyib və hər bir müraciətçini onunla birlikdə ən maraqlı həyat mərhələlərindən birinə - tələbə olmağa dəvət edir.
Təhsil haqqında daha ətraflı məlumatı “INGEK”in Azərbaycan nümayəndəliyi ilə +994 70 448 82 83 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq və ya şirkətin Nizami küçəsi, 203, AF Business House ünvanında yerləşən ofisinə yaxınlaşaraq almaq olar.