Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planını təsdiqləyib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Milli Planın əsas prinsipləri cəmiyyəti və ayrı-ayrı şəxsləri insan alverinin bütün formalarından qorumaq, onun üçün şərait yaradan bütün səbəblərin aşkar edilib aradan qaldırılması, əhalinin risk altında olan təbəqəsinin sosial müdafiəsinin təşkilidir. Eləcə də insan alverinin qurbanlarının hüquqlarının bərpa edilməsi, qurban və potensial qurbanların həyat şəraitinin yaxşılaşdırılması əsas istiqamətlərindəndir.
Milli Planda qoyulmuş məqsədlərə nail olmaq üçün icraat orqanlarının (icra hakimiyyəti orqanları, beynəlxalq partnyorlar və s.) fəaliyyətinin koordinasiyası insan alveri ilə mübarizə üzrə Milli koordinator tərəfindən təmin ediləcək.
Milli Plan çərçivəsində fəaliyyət, müvafiq icra hakimiyyəti orqanları üçün illər üzrə ayrılmış büdcə, eləcə də qrant və Azərbaycan qanunvericiliyi çərçivəsində digər mənbələrdən olan qeyri-büdcə vəsaiti hesabına maliyyələşdiriləcək.