Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularına qarşı mübarizəyə başlayıb.
NİİM-dən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı mərkəzin saytında (www.niim.az) “ictimai qınaq” bölməsi artıq aktivdir.
“Hörmətli vətəndaşlar! www.niim.az saytında “ictimai qınaq” bölməsi artıq aktivdir. Qayda pozuntularına qarşı mübarizədə sizin də dəstəyiniz çox vacibdir.
Gördüyünüz, şahidi olduğunuz avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını info@niim.az elektron ünvanına göndərin. Həmin fotolar niim.az saytının “ictimai qınaq” bölməsində yerləşdiriləcəkdir”- deyə, NİİM vətəndaşlara müraciət edib.
E.Ə.
www.oxu.az