İranda yaşayan milli azlıqların ana dilində təhsil almaları üçün hazırlıqlar gedir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran prezidentinin Regionlardakı milli azlıqlarla iş üzrə köməkçisi Höccət-ül İslam vəl-müslimin Əli Yunesi açıqlama verib.
Onun sözlərinə əsasən, ölkənin təhsil nazirinin iştirakı ilə keçirilən iclasda belə məktəblərin açılması haqqında qərar qəbul edilib:
“Bu məktəblərdə təhsil azərbaycan, ərəb və başqa dillərdə aparılacaq”.