Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranə Əhmədova: “Proqramımızı elan etdikdən sonra ilk gün altı min nəfər müraciət edib”
“19 dekabr tarixindən “Formula-1” könüllülərin müsahibə mərhələsinə start verilib. Hər il olduğu kimi bu il də çox aktivdirlər. Proqramımızı elan etdikdən sonra ilk gün bizə altı min nəfər müraciət edib”.
Oxu.Az xəbər verir ki, bu sözləri könüllülərin müsahibə prosesində çıxış edən “Bakı Şəhər Halqası”nın İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova deyib.
O qeyd edib ki, proqram çərçivəsində doqquz mindən çox gənc qeydiyyatdan keçib və könüllü olmaq arzusunu bildirib:
“Xaricdən də könüllülər qoşulur. Müraciət edən hər kəs çox önəmlidir. Lakin say məhdud olduğuna görə biz ciddi seçim etməliyik. Könüllülərimiz bir neçə kriteriya əsasında seçilir. Burada aparıcı olanlar liderlik bacarığı, kommunikasiya, tolerantlıq və stresə davamlılıq kimi bacarıqlardır.
“Formula-1” yarışları üçün könüllülər ən böyük iş qrupu hesab edilir. “Bakı Şəhər Halqası” üçün gənclərin inkişafı strateji önəm daşıyır. Onların fərdi və peşəkar bacarıqlarının artırılması üçün çoxsaylı işlər görülür. Yarışlarımız üçün 1500-dən çox könüllünün iştirakı nəzərdə tutulur. Hər gün 100-dən çox müsahibə keçiririk. Düşünürəm ki, gənclərin biliyinin artırılması üçün ən effektiv üsul onların təcrübəni əyani qazanmalarıdır”.
Sayad Həsənli
Rəylər