Bu gün “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransında sədr postuna Mirhəsən Seyidovun namizədliyi irəli sürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, fəaliyyət prioritetləri barədə danışan M.Seyidov fəaliyyəti dövründə kəmiyyət deyil, keyfiyyət göstəricilərinə üstünlük verəcəyini bildirib.
Səsvermə nəticəsində M.Seyidov yekdilliklə “İrəli” İctimai Birliyinin yeni sədri seçilib.
Qeyd edək ki, M.Seyidov Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanda Avropa Hərəkatının İdarə Heyətinin üzvüdür.