Aprel ayından başlayaraq Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti şaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində əmək yarmarkaları təşkil edəcək.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
İl ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş (vakant) iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər.
Qeyd edək ki, yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjaları da təşkil olunacaq.
E.Ə.
www.oxu.az