Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyatsız davranış səbəbindən həyatını itirdi
Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar
Rəylər